"Molla Nəsrəddin" jurnalının saytı bu il 19-cu dəfə keçirilən NETTY Milli İnternet Mükafatına layiq görülüb. Mədəniyyət və İncəsənt nominasiyası üzrə qalib gəlmiş sayta diplom və NETTY mükafatı Azərbaycan İnnovasiyalar Mərkəzində baş tutan təntənəli mərasimdə təqdim olunub. Tədbirdə nominantlarla yanaşı ölkənin İKT sahəsində tanınmış mütəxəssisləri də iştirak ediblər.
Xatırladaq ki, NETTY Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY hər il Azərbaycanın ən yaxşı veb-saytlarını, mobil tətbiqlərini, sosial resurslarını müəyyənləşdirir və mükafatlandırır. Bu mükafat 2004-cü ildə təsis edilib.
Daha ətraflı məlumat üçün www.netty.az